Azərbaycanda balıq satışı ilə bağlı - YENİ TƏLƏBLƏR AÇIQLANIB

02.11.2019 İqtisadiyyat
Qida Təhlükəsizliyi Agentliyində (AQTA) balıq və balıq məhsullarının idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Görüşdə Agentliyin sədr müavini Balarəhim Quliyev “Balıqçılıq haqqında” Qanunun 13-cü maddəsinə edilən dəyişikliklərlə bağlı sahibkarları məlumatlandırıb. Bildirilib ki, həmin maddəyə uyğun olaraq Azərbaycanda minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər. Bu məhsullar “Yeyinti məhsulları haqqında” qanuna uyğun olaraq qablaşdırılmalı və etiketləndirilməlidir.

Diqqətə çatdırılıb ki, ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı obyektlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və müvafiq tələblərə uyğun xüsusi ayrılmış yerlərdə həyata keçirilməlidir.

Гейд едяк ки, “Balıqçılıq haqqında” гануна дяйишикликляр 12 ийул 2019-ъу илдя тясдигляниб вя ашаьыдакылардан ибарятдир.

“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddə üzrə:

1.1. həmin maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Balıqçılıq haqqında qanunvericilik bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.”;

1.2. həmin maddənin ikinci hissəsinə “məhsulunun” sözündən sonra “minimum” sözü əlavə edilsin;

2. 13-cü maddə üzrə:

2.1. birinci və ikinci hissələr aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər.

Balıq məhsulları “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir.”;

2.2. altıncı hissədə “Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda” sözləri ilə əvəz edilsin;

2.3. yeddinci hissə ləğv edilsin.