Azərbaycanda uşaqlara da mənzil veriləcək

01.05.2020 İqtisadiyyat
Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.

"Kommersant.az"-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Sənəd səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.