USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səlahiyyətli İqtisadi Operatorlar Proqramının tətbiqinə dair milli seminar başlayıb

11.06.2018 İqtisadiyyat
0 0
Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Səlahiyyətli İqtisadi Operatorlar (SİO) Proqramının tətbiqinə dair növbəti milli seminar başlayıb.

Bu barədə "Kommersant"a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

ÜGT-nin təşkilatçılığı ilə keçirilən seminarda DGK-nın ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin əməkdaşları iştirak edir.

Seminarın açılış mərasimində DGK sədrinin müavini Əsgər Abdullayev beynəlxalq ticarətin inkişafı, ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, biznes-gömrük əməkdaşlığının gücləndirilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atıldığını bildirib.

Onun sözlərinə görə, SİO Proqramının tətbiqinin reallaşdırılması ilə birlikdə ölkədə investisiya mühitinin daha da yaxşılaşdrılmasına şərait yaranacağını, seminarın bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyini vurğulayıb.

ÜGT-nin eksperti Aşa Mennon SİO Proqramının ticarətin regional və qlobal səviyyədə inkişafında mühüm rol oynadığını və Azərbaycanın bu proqramın tətbiqi istiqamətindəki təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib. Qeyd edilib ki, artıq 78 ölkə SİO Proqramını tətbiq edir və 56 ölkə bu istiqamətdə qarşılıqlı razılaşmaların əldə edilməsinə nail olub.

Qeyd edək ki, 2 gün davam edəcək seminarda ÜGT-nin ekspertləri Aşa Mennon və Helena Gerstenkorn tərəfindən iştirakçılara SAFE SİO Proqramı və proqramın tətbiqinin faydaları, SİO ilə bağlı yoxlama aparan şəxslərə dair təlimatlar, SİO ilə bağlı yoxlama aparan şəxslərin təlimi modulu, proqramın tətbiq edildiyi ölkələrin təcrübəsi və digər mövzularda məlumatlar veriləcək.

  • Əvvəlki

    Nəqliyyatda tətbiq olunan vergi mexanizmi təkmilləşdiriləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0