Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin edildi

27.06.2018 İqtisadiyyat
Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

Hələlik Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Qeyd edək ki, bu təyinatadək Bakı Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov olub. İ. Hüseynov bu gün Dövlət Gömrük Komitəsinin sədrinə birinci müavin təyin edilib.

APA