Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.
Bu, "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" sərəncamda əksini tapıb.
Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.
Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.
Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.
Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.