USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün dörd rayonda qaz təchizatı dayandırılıb

29.08.2019 Sosial
0 0
Bu gün səhər saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq.

Saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq. Eləcə də saat 09:00-dan Hacıqabul və Şirvan şəhərlərinin bir qrup abonentinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, Qaz İxrac İdarəsinin balansında olan “Astara-Qazıməmməd” magistral qaz kəmərində yeni quraşdırılmış ölçü qovşağının mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.