USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Köklü dəyişiklik edilməsinin zamanı yetişib” - Nazirdən direktorlara xəbərdarlıq

11.09.2019 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, bu gün təhsil işçilərinin respublika konfransı baş tutub.

"Kommersant.az"ın məlumatına görə konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov işlərini yüksək səviyyədə görə bilməyən məktəblərdən danışıb:

"Bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərimizdəndir. Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib. Çünki bu gün məktəb rəhbərlərinin, yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əllərində olan alətlərin sayı qanunvericiliyə edilən dəyişiklik nəticəsində son bir neçə il ərzində xeyli artıb".

C.Bayramov deyib ki, bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda onların təhsillərinin növbəti pilləsində seçdikləri ixtisas üzrə ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur".

  • Əvvəlki

    İlham Əliyev qubernatoru qəbul etdi

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Asiya fond bazarları qarışıqdır
0 0
11.07.2025 İqtisadiyyat
Lirənin bu günə olan məzənnəsi
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0