USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrükdən büdcəyə daxilolmada iyul ayında tarixi rekord yeniləyib

06.08.2021 Sosial
0 0
Azərbaycanın Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsait açıqlanıb.

“Kommersant.az” xəbər verir ki, gömrük xətti ilə 2021-ci ilin iyul ayında dövlət büdcəsinə 385.8 mln. manat həcmində vəsait daxil olub. Bu aylıq 2.5% artım dinamikasıdır.

Bu göstəricilərə baxanda iyul ayı büdcə üçün ən gəlirli ay olub. DGK-nin tarixində ayları üzrə rekord göstəricidir. Sonuncu dəfə ən yüksək rəqəm cari ilin iyununda ayında (376.21 mln. manat) qeydə alınmışdı.

İyul ayındakı gömrük yığımlarının 9.95 mln manatı gömrük (aylıq müqayisə: -4.6%), 267.64 mln. manatı ƏDV-dən (+5.9%), 14.91 mln. manatı aksiz (-4.9%), 3.77 mln. manatı yol vergisindən (+3.5%) daxil olub.

İlin ilk 7 ayında isə 2 milyard 424.03 milyon manat büdcəyə köçürülmə edilib, bu da illik müqayisədə 63.99 mln. manat, yaxud 2.7% artımdir.

Qeyd edək ki, DGK-nin rəisi Səfər Mehdiyev öz tvitter hesabında bildirmişdi ki, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 113.44 % əməl edib. Nəzərdə tutulan proqnozdan əlavə 287.14 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.