USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda orta aylıq əməkhaqqı artdı

06.08.2021 İqtisadiyyat
0 0
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 540.8 manat olub.

“Kommersant.az” xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.

2011-ci ildə isə bu göstərici 341.4 manat təşkil etmişdir. Hazırda bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği dövlət sektorunda 560,1 manat, qeyri-dövlət sektorunda isə 528,7 manat təşkil edir.

Bir işçiyə hesablanmış ən yüksək ortaaylıq əməkhaqqı göstəricisi dövlət idarəetməsi və icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınb.