Azərbaycandan Gürcüstananə qədər insan səfər edib?

04.06.2019 Turizm
Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 99 073 nəfər təşkil edib.

"Kommersant.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 436 nəfər və ya 0,4% artıb.

May ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından Rusiyadan (113 138 nəfər) sonra ikinci yeri tutub.

Bu ilin yanvar-may aylarında isə Azərbaycandan Gürcüstana 497 937nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 12 204 nəfər, yaxud 2,5% çoxdur.

2019-cu ilin ilk beş ayı ərzində Gürcüstana ən çox səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları ikinci yeri tutub. Birinci yerdə 539 432 nəfərlə Rusiya qərarlaşıb.

VTB