Avtomobil nəhəngindən 106 milyard dollarlıq xəbərdarlıq

05.07.2018 Nəqliyyat
Böyük Britaniyanın avtomobil nəhəngi Jaguar, hökumətə xəbərdarlıq edərək Avropa Birliyindən çıxış prosesində blokla yaxşı bir müqavilə bağlanmaması halda milyardlarla dollarlıq itki yaşanacağını bildirib.

Jaguar-ın İcraçı direktoru Ralf Speth etdiyi açıqlamada bildirib ki, "pis Brexit müqaviləsi" şirkətin gələcək 5 ildəki 106 milyardlıq dollarlıq xərcini riskə qoyacaq.

Speth, Britaniya xaricindən gələcək ehtiyat hissələrindəki gecikmələr və əlavə xərclərlə şirkətin illik qazancından 1.6 milyard itki yaşayacağını da sözlərinə əlavə edib.

Sərt bir Brexit-dən sonra bənzər xəbərdarlıqları BMW və Airbus şirkətləri də etmişdi.