USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Faizlər yüksəldi

02.08.2018 İqtisadiyyat
0 0
İngiltərə Mərkəzi Bankı faizləri açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, İngiltərə Mərkəzi Bankı (BOE) politik faizləri 0,5%-dən 0,75%-ə qaldıraraq növbəti yüksəlişin uzun müddət sonra olacağını bildirib.

Bankın faiz dərəcələrini artırmaq üçün uzun müddət fasilə verməsinin səbəbi "Brexit"in nəticələrini gözləməsidir. Dünya iqtisadiyyatının maddi krizlərinin ortaya çıxdığı vaxtdan, yəni 2007-ci ildən etibarən faizləri ikinci dəfə artıran Mərkəzi Bank (BOE) gözləntiləri nəzərdə saxlayaraq 435 milyard sterlin dəyərində aktiv satın almaq qərarı verib.