USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Facebook” Çin şirkətlərinə məlumat ötürürmüş - TƏSDİQLƏNDİ

28.06.2018 İqtisadiyyat
0 0
“Facebook” aralarında dünyanın üçüncü böyük ağıllı telefon istehsalçısı hesab olunan “Huawei”n də olduğu ən az dörd şirkətə məlumat ötürdüyünü etiraf edib.

"Kommersant" xəbər verir ki, "Facebook"un bəzi istifadəçi məlumatlarından istifadəyə imkan verdiyi 60 şirkətin içərisində "Huawei", "Lenovo", "OPPO", "TCL Corp" kimi nəhəng şirkətlərin də olduğu bildirilir. Sözügedən şirkətlər öz istifadəçiləri üçün "Facebook"a bənzər yeni tətbiqlər yaradacaqlarını bildirmişdilər.

Ötən gün "New York Times" qəzetində bu tətbiqlərlə bağlı məsələyə toxunulub və istifadəçilərin şəxsi məlumatlarına icazəsiz müdaxilə olunduğu bildirilib.

ABŞ konqresinin üzvləri bu xəbərdən narahatlıqlarını ifadə edib. "Facebook" isə öz növbəsində yazılanları inkar edib və məlumatları istifadəçilərin tətbiqin mobil versiyasından istifadəsi üçün açıq qoyulduğunu söyləyib. Bununla yanaşı, "Facebook" sözügedən 60 şirkətin böyük əksəriyyəti ilə ortaqlıqları artıq bitirdiyini bildirib. Hazırda ABŞ kəşfiyyatı məsələ ilə bağlı araşdırma aparır. Senatın kəşfiyyat komitəsinin rəhbəri Mark Warner insanların narahatlıqlarının əsaslı olduğunu, "Huawei"və "TCL" kimi şirkətlərin "Facebook" üzərindən həqiqətən də xüsusi girişləri olduğunu təsdiqləyib.

Çinin xarici işlər nazirliyinin rəsmisi Hua Chunying isə açıqlamasında baş verən və söylənənlərlə bağlı heç bir məlumatının olmadığını, buna görə də şərh verə bilməyəcəyini açıqlayıb. Nazirliyin rəsmisi istənilən halda ABŞ-ın Çin şirkətlərinin işləməsi üçün ədalətli, şəffaf bir mühit yaradacaqlarına inandıqlarını da sözlərinə əlavə edib.

  • Əvvəlki

    Azərbaycan deputatı AŞ PA komitəsinin məruzəçisi seçildi

Digər xəbərlər