Xərçəng xəstəliyinin müalicəsi pulsuz oldu

06.07.2018 Dünya
Türkiyənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xərçəngin müalicəsinin tam ödənişsiz həyata keçiriləcəyini bildirib.

“Kommersant” xəbər verir ki, nazirlik bu barədə rəsmi məlumat yayıb. Belə ki, qərarın qüvvəyə mindiyi andan etibarən xərçəng xəstələrinin müalicəsində istifadə olunan bütün dərmanlar, əməliyyatlar pulsuz olacaq. Nazirliyin yaydığı rəsmi açıqlamada “Vətəndaşlar heç bir ödəniş etməyəcək”, - deyə bildirilib.

Dövlət bu qərarı xərçəngdən əziyyət çəkənlərin hərtərəfli yanında olduğunu bildirmək üçün qəbul etdiyini söyləyib. Üstəlik bu qərar yalnız dövlət xəstəxanaları üçün yox, özəl xəstəxanalar üçün də keçərli olacaq.