"Kommersant.az" xəbər verir ki, 25 ölkədə aparılmış sorğunun nəticələrinə əsasən, ABŞ prezidenti Donald Tramp ölkə başçılarına inama görə digər dövlət rəhbərləri arasında ən az səs faizi-25% toplayıb.
Reytinqdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Çinpinin də adı var. Onların sıralaması isə belədir: Merkel-52%, Makron-46%, Çinpin-34%, Putin-30%.
Tədqiqat müəllifləri hesab edir ki, hakimiyyətinin ikinci ilində Donald Trampın reytinqi Barak Obamayla müqayisədə aşağıdır.