“Coca-Cola” qəhvə sektoruna girir

1 Sentyabr 14:31 Maliyyə
5,1 milyardlıq yatırım

“Kommersant.az” xəbər verir ki, dünyaca məşhur “Coca-Cola” şirkəti Birləşmiş Krallığın “Costa” qəhvə mağazaları zəncirini 5,1 milyard dollara satın alıb. Şirkət bununla dünyəvi marka ilə sektora giriş etmək hədəfini də gerçəkləşdirmiş olub.

“Coca-Cola”nın rəhbəri James Quincey mətbuata açıqlamasında “Costa” markasını dünya səviyyəsində daha da böyütmək üçün müxtəlif fürsətlər yaradacaqlarını bildirib. O əlavə edib ki, isti içkilər “Coca-Cola”nın müştərilərinə təklif etmədiyi sahələrdən biri idi ki, artıq “Costa” ilə bu da aradan qaldırılacaq.