USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

19.03.2026 İqtisadiyyat
0 0
2026-cı və 2027-ci illərdə Azərbaycanda inflyasiya müvafiq olaraq 5,2 faiz və 4,6 faiz səviyyəsində gözlənilir.

Kommersant.az bu barədə "ING" qrupun yenilənmiş proqnozlarına istinadən xəbər verir.

Öncəki proqnozlarda 2026-cı il üçün 5,4 faizlik inflyasiya gözlənilirdi, 2027-ci il üzrə proqnoz isə dəyişilməz olaraq qalıb.

2026-cı il üçün rüblük proqnoz : I rüb — 5,8%, II rüb — 5,5%, III rüb — 4,9%, IV rüb — 4,6%.

2027-ci il üçün rüblük proqnoz: I rüb — 4,3%, II rüb — 4,5%, III rüb — 4,7%, IV rüb — 4,9%.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevralı ilə müqayisədə 5,7% artıb. Bu artım ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8%, qeyri-ərzaq malları üzrə 3,7%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,7% təşkil edib.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7%, son bir ayda isə 0,6% olub. 2026-cı ilin fevral ayında ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarının istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,1%, cari ilin yanvar-fevral aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,0% artıb.