“Youtube”dan yeni funksiya

04.09.2018 İKT
İstifadəçilər üçün maraqlı yenilik tətbiq edilir.

“Kommersant.az” xəbər verir ki, dünyanın məşhur video platforması “Youtube” istifadəçiləri üçün yeni funksiya tətbiq etməyə başlayıb.

Sözügedən funksiya vasitəsilə istifadəçilər platformada izləyiciləri tərəfindən hansı videoya neçə dəqiqə baxıldığını öyrənə biləcək, hətta burada uzun müddət vaxt keçirənlər üçün “Youtube” tərəfindən bildiriş də göndəriləcək.

Qeyd edək ki, bu funksiyanı ötən günlərdə “Facebook” və “İnstagram” da tətbiq etmişdi.