USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda söküntü zamanı diferensial kompensasiya məbləğləri tətbiq olunsun - Deputat

13.03.2026 İqtisadiyyat
0 0
Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı.

Kommersant.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır:

“Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”.