USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku” səhmdarlara ötən illərin mənfəətindən dividend ödəyəcək

11.03.2026 Bank
0 0
22 aprel 2026-cı il tarixdə saat 15:00-da “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək.

Kommersant.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.Bankın 2025-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi,

2.Audit Komitəsinin 2025-ci il üzrə hesabatının təsdiq edilməsi,

3.Səhmdarlara ötən illərin mənfəətindən dividendlərin ödənilməsi,

4.Bankın xalis mənfəəti hesabına ehtiyatın yaradılması,

5. Digər məsələlər.

Ünvan Bankın Baş İdarəsi, Bakı AZ1069, Atatürk prospekti, 42-dir.

Qeyd edək ki, “Bank of Baku” ASC-nin səhmdarları Hikmət Əbuzər oğlu İsmayılov (31%), Elçin Həmid oğlu İsayev (5%), “Azpetrol Neft Şirkəti” MMC (29%) və “Nab Holding Anonim Şirkəti”dir (35%).