"Mitsubishi" 145 minə yaxın avtomobili geri çağırdı - ƏYLƏC PROBLEMİ

02.10.2018 Nəqliyyat
"Mitsubishi" şirkəti Rusiyada 145 minə yaxın avtomobili geri çağırıb.

"Kommersant.az"ın məlumatına görə, bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış “Outlander", "Outlander PHEV" və ASX modellərinə şamil olunur.

Bildirilir ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.