Qarabağ Azərbaycandır!

Azərbaycan ət idxalını 2 dəfə azaldıb

22.02.2021 Aqrar
Bu ilin yanvar ayında Azərbaycan 4,3 milyon ABŞ dolları dəyərində 2,3 min ton ət idxal edib.

"Kommersant.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 milyon ABŞ dolları (41,9 %) və 2,3 min ton (49,2 %) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 1,03 %-ni təşkil edib.