USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AccessBank-ın keçirəcəyi biznes foruma qeydiyyat davam edir

30.05.2019 Bank
0 0
2019-cu ilin iyun ayının 11-də “Four Seasons” hotelində AccessBank-ın təşkilatçılığı ilə keçiriləcək biznes foruma qeydiyyat davam edir. Sahibkarların iştirakı ilə baş tutacaq tədbirdə aktual olan məsələlər ətrafında müzakirələr aparılacaq.

Biznes forum paralel keçirilən iki paneldən ibarət olacaq. “Vergi” və “Gömrük” panellərinə qatılanlar bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BIG-4 üzvü olan şirkət nümayəndələrinə və AccessBank-ın əməkdaşlarına öz suallarını ünvanlaya bilərlər.

Qeyd edək ki, tədbir saat 15:00-da başlayacaq və 19:00-dək davam edəcək. Tədbirdə iştirak etmək istəyən şəxslər onlayn qeydiyyatdan keçməlidir.

Yerlərin sayı məhdud olduğundan müraciətlərə baxıldıqdan sonra təsdiqlənmiş iştirakçılara məlumat veriləcək.