Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi ilə Səudiyyə Ərəbistanının "DAAL Venture Capital" fondu arasında anlaşma memorandumu imzalanıb.
İmzalanma bu gün Bakıda keçirilən sammit çərçivəsində baş tutub.
Sənədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və "DAAL Venture Capital" şirkətinin icraçı direktoru Abdurrahman Al-Qahdani imzalayıblar.
Anlaşma memorandumuna uyğun olaraq Fond yaradılacaq. Fond Azərbaycandakı startaplara investisiya yatıracaq.
Vençur Kapitalı - Elmi-texniki araşdırmaların, kəşflərin, ixtiraların, kiçik və yeni şirkətlər, startaplar tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və ya maliyyələşdirilməsidir.