USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AG Bank"ın məcmu kapitalı normadan yüksək olub - HESABAT

19.07.2019 Bank
1 0
"AG Bank" 2019-cu ilin birinci yarısına olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın məcmu kapitalı 10 milyon manatdan çox artıb.

"Kommersant.az" xəbər verir ki, bankın cəmi aktivləri 70 mln. 170 min manat azalaraq 417 mln. 620 min manata düşüb. Bundan başqa bankın cəmi öhdəlikləri 24 mln. 227 min manat azalaraq 420 mln. 368 min manata enib. "AG Bank"ın cəmi kapitalı 8 mln. 56 min manat artaraq 51 mln. 251 min manata çatıb.

DEPOZİT PORTFELİ ARTIB

Bankda müştərilərə verilən kreditlər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 30 mln. 19 min manat azalaraq 233 mln. 593 min manata bərabər olub. Bundan başqa bankda müştərilərin müddətli depoziti 4 mln. 55 min manata artaraq 222 mln. 833 min manata yüksəlib.

"AG Bank" 2019-cu ilin ikinci rübündə 3 mln. 485 min manat xalis faiz zərərinə, 14 mln. 928 min manat qeyri-faiz gəlirinə, 16 mln. 876 min manat isə qeyri-faiz xərcinə sahib olub.

Bankın məcmu kapitalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 mln. 377 min manat artaraq 51 mln. 863 min manata çatıb.

Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı normadan 6.2% çox, məcmu kapitalın adekvatlıq əmsalı normadan 3%, leverec əmsalı isə normadan 3.53% çox olub.