USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank VTB" ikinci rübü mənfəətlə başa vurdu - HESABAT

19.07.2019 Bank
0 0
“Bank VTB (Azərbaycan)” 2019-cu ilin ikinci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın mənfəəti 5 milyon manata yaxın artıb.

“Kommersant.az” bankın maliyyə hesabatına əsasən xəbər verir ki, “VTb Bank”ın cəmi aktivləri 2018 –ci ilin ilk yarısı ilə müqayisədə 19 mln. 224 min manat artaraq 144 mln. 430 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 13 mln. 894 min manat artaraq 84 mln. 57 min manata çatıb.

Bankın cəmi kapitalı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5 mln. 330 min manata yüksəlib.

KREDİT VƏ DEPOZİT PORTFELİ

“VTB Bank” 2019-cu ilin 2-ci rübündə 47 mln. 67 min manatlıq kredit verib. Bankda müştərilərin müddətli depozitləri isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 mln. 623 min manat artaraq 57 mln. 101 min manata qədər yüksəlib.

XALİS MƏNFƏƏTİ ARTIB

“VTB Bank”ın xalis faiz gəliri 1 mln. 534 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 4 mln. 599 min manat çox), qeyri-faiz gəliri 2 mln. 306 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 6 mln. 825 min manat çox), qeyri-faiz xərcləri isə 7 mln. 613 min manata (ötən ilin eyni dövrü ilə müqayisədə 884 min manat az) bərabər olub.

“VTB Bank”ın xalis mənfəəti 2019-cu ilin 2-ci rübündə 4 mln. 712 min manat olub ki, bu da 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 255 mln. 83 min manata qədər artıb.

Bankın məcmu kapitalı 4 mln. 795 min manat artaraq 58 mln. 271 min manata bərabər olub. Bu da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara tətbiq olunan normadan 8 mln. 271 min manat çoxdur.