USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ

01.06.2020 Bank
1 0
“Ölkədə bağlanmış dörd bankdakı 680 milyon manat sığortalı əmanətin 200 milyon manatının ödənilməsi üçün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun likvidliyi var”.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, 480 milyon manatı qanunamüvafiq olaraq Mərkəzi Bank fonda kredit kimi verəcək:

“Bu məsələ ilə bağlı ADİF, AMB və Maliyyə Nazirliyi arasında danışıqlar gedir”.

E.Rüstəmov əlavə edib ki, vəsaitin 200 milyon manatlıq hissəsinin xarici valyuta formasında verilməsi planlaşdırılır:

“Bu ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər”.