USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AccessBank" bağlanır? - MÜŞTƏRİLƏR PULLARINI GERİ ALIR

06.07.2020 Bank
0 1
"AccessBank"ın cari ilin 1-ci rübünə olan hesabatına görə bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb. "AccessBank"ın cari ilin 1-ci rübünə olan hesabatına görə, bankın cəmi aktivləri ilin sonu ilə müqayisədə 2 mln. 545 min manat azalaraq 897 mln. 886 min manata düşüb.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, bankın aktivlərinin “əriməsinin” əsas səbəbi kredit portfelinin azalmasıdır. Belə ki, "AccessBank"da istehlak kreditləri 1 mln. 197 min manat (cüzi artıb), biznes kreditləri 7 mln. 520 min manat, daşınmaz əmlak kreditləri isə 582 min manat azalıb.

MÜŞTƏRİLƏR ƏMANƏTLƏRİNİ GERİ ÇƏKİR

"AccessBank"ın cəmi öhdəlikləri 3 ay ərzində 4 mln. 911 min manat azalıb. Bunun əsasə səbəbi isə müştərilərin bankda olan depozitlərini geri çəkməsidir. Belə ki, bankda əmanəti olan fiziki şəxslər pullarını geri götüblər ki, bu da 56 mln. 754 min manat azalma deməkdir.

Qeyd edək ki, bununla yanaşı, bank öz hüquqi müştərilərini də itirib. Bankda hüquqi şəxslərin depozitləri 15 mln. 855 min manat azalıb. "AccessBank"ın ümumi depozit portfeli 3 ay ərzində 72 mln. 609 min manat azalıb.

Bankın Mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 3 ay ərzində 3 mln. 552 min manat artıb.

"AcessBank"ın ƏMƏLİYYAT MƏNFƏƏTİ DƏ ƏRİYİB

Bankın faiz gəlirləri 3 ay ərzində 69 mln.903 min manat azalaraq cari ilin 1-ci rübündə 25 mln. 984 min manata düşüb. Faiz gəlirlərinin bu qədər əriməsinə əsas səbəb isə bankın müştərilərə verdiyi kreditin kəskin azalmasıdır. Belə ki, bankın müştərilərə verdiyi kreditlər 3 ay ərzində 67 mln. 654 min manata düşərək 25 mln. 461 min manat olub. "AcessBank"ın banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 741 min manat azalaraq 60 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 653 min manat azalaraq 331 min manata, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 1 mln. 155 min manat azalaraq 132 manata bərabər olub. Ümumiyyətlə bankın faiz gəlirləri üzrə bütün göstəriciləri azalıb.

MÜŞTƏRİLƏRİNİ İTİRDİYİNƏ GÖRƏ FAİZ XƏRCLƏRİ AZALIB

"AccessBank"ın faiz xərcləri 3 ay ərzində 37 mln. 34 min manat azalaraq 10 mln. 722 min manata düşüb. Depozitlərini itirən bankın depozitlər üzrə faizləri 30 mln. 63 min manat azalaraq 8 mln. 944 min manat olub. Mərkəzi bank (AMB) və dövlət fondları qarşısında öhdəlikləri üzrə faiz xərcləri 58 min manat azalaraq 38 manata, cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 3 ay əzrində 6 mln. 903 min manat azalaraq 1 mln. 740 min manata düşüb.

"AccessBank"ın XALİS FAİZ GƏLİRİ KƏSKİN ŞƏKİLDƏ AZALIB

"AccessBank"ın xalis faiz gəliri 3 ay ərzində 32 mln. 869 min manat azalaraq 15 mln. 262 min manata düşüb. Bununla yanaşı bankın qeyri-faiz gəlirləri də kəskin şəkildə əriyib. Belə ki, bankın qeyri-faiz gəlirləri 25 mln. 584 min manat azalaraq 2 mln. 340 min manata bərbər olub.

Qeyri-faiz gəlirlərinin azalmasının səbəbi isə müştərilərdən alınan haqq və kommisiya gəlirinin 3 ay əzrində 11 mln. 528 min manat azalaraq 3 mln. 623 min manata düşməsi olub.

Hazırda "AccessBank"ın xarici valyutadan gələn zərəri 3 ay ərzində qismən azalsa da, bank bu valyutadan dəyən zərəri aradan qaldıra bilməyib . Belə ki, bankın xarici valyutadan olan zərəri 7 mln. 606 min manat azalaraq 1 mln. 444 min manata düşüb. Bankın əldə etdiyi digər gəlirlər isə 3 ay əzrində 21 mln. 743 min manatdan 161 min manata qədər çöküb.

"AccessBank"ın qeyri-faiz üzrə gəliri 46 mln. 252 min manat azalaraq 16 mln. 21 min manata çatıb. Bank korporativ müştərilərini itirdiyi üçün əmək haqqı və digər kompensasiya növləri üzrə xərcləri 22 mln. 588 min manat azalaraq 7 mln. 690 min manat olub.

Bankın ümumi və inzibati xərcləri 7 mln. 419 min manat azalaraq 2 mln. 954 min manata, amortizasiya xərcləri 5 mln. 474 min manat azalaraq 1 mln. 841 min manata, digər xərcləri isə 3 ay ərzində 10 mln. 771 min manat azalaraq 3 mln. 536 min manata bərabər olub.

"AccessBank" mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarını kəskin şəkildə azaldıb. Belə ki, 3 ay ərzində sözügedən ehtiyatını 102 mln. 592 min manat azaldaraq 894 min manata salıb.