USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Media eksperti Beynəlxalq Bankın xidmətlərindən imtina etdi, hüquq müdafiəçisi isə şikayətçidir

22.09.2020 Bank
0 0
“Əlli dəqiqədir ki,Beynəlxalq Bankın Hyatt Recens hotelində yerləşən Abşeron filialında xidmət almaq üçün növbədəyəm. Xidmət demək olar ki, yox səviyyədədir”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyevin sözlərinə görə, bəzən elə olur ki, xidmət göstərən şəxs dəqiqələrlə telefonda danışır: “Xidməti həyata keçirən bank əməkdaşının xidmət stolunun kimə xidmət göstərirsə, onun nömrəsi yazılmır. Ancaq ümümü növbə göstərən lövhə yanır. Olduğum müddət ərzində hətta bəzi xidmət göstərən stullarda heç kəsə xidmət göstərilməyib. Elə müştəri var ki, burada səhər saat 09.40-dan növbədə olmasına baxmayaraq xidmət almayıb və heç bir izahat da verilmir! Bir sözlə, xidmət bərbad vəziyyətdədir”.

Media eksperti Ələsgər Məmmədli isə deyib ki, keyfiyyətsizlikdən sonra bankı dəyişib: “Hər dəfə yarım günüm itirdi bankda. Yasamal filialında...”