AMB 350 mln. manat cəlb edir

22.06.2018 Bank
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

AMB-dən "Kommersant"a verilən xəbərə görə, iyunun 25-də keçiriləcək hibrid depozit hərracında 350 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 - 9,99% təşkil edir.