USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hesablama Palatasına Maliyyə Nazirliyinin məlumat bazasına çıxış imkanı yaradılacaq

22.06.2018 İqtisadiyyat
0 0
“Maliyyə Nazirliyi olaraq biz Hesablama Palatasının səlahiyyətlərinin artırılmasını müsbət qiymətləndiririk. Dövlət büdcəsinin icrası üzərində nəzarətin təkmilləşdirilməsi və həyata keçirilməsi şəffaflığı artırır”.

"Kommersant" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycanda audit məsələlərinə xüsusi yanaşma mövcuddur.

“Bizdə belə bir psixoloji vəziyyət var ki, hər hansı qurumda audit aparılanda gözləyirik ki, qalmaqal olsun. Lakin auditi müsbət tərəfləri var. Xarici auditorlardan xahiş olunur ki, gəlib qurumda audit aparılsın, nöqsanlar varsa, aşkar edilsin və tədbirlər görülsün. Bizdə belə deyil. Ölkəmizdə audit mənfi formada qəbul edilir. Hesablama Palatasının dövlət büdcəsinin tərtibi və icrasına nəzarət etməsi müsbət haldır və biz bunu məqbul hesab edirik və dəstəkləyirik,” – deyə S. Şərifov qeyd edib.

Nazir bildirib ki, son zamanlar büdcənin icrası ilə bağlı Hesablama Palatası Maliyyə Nazirliyi qarşısında bir sıra məsələlər qaldırıb: “Palata bizdən məlumatların elektron formada, real vaxt rejimində təqdim olunmasını istəyir. Biz Hesablama Palatasına məlumat bazamıza çıxış imkanları da yaradacağıq”.

  • Əvvəlki

    "Bu, büdcədən vəsaitin qoparılması deməkdir" - ETİRAZLAR

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0