MDB ölkələrinin bank sistemi üçün əsas təhlükələr - Açıqlandı

07.04.2021 Bank
MDB ölkələrinin bankları qarşısında duran başlıca təhlükələr daxili və xarici münaqişələrin artması ehtimalı, əhalinin yaşlanması, dövlət banklarının hökmranlığı, kiber hücumlarıdır.

"Kommersant.az" RBK-ya istinadən xəbər verir ki, belə bir qənaət “Moody’s” agentliyinin tədqiqatında yer alır. Belə ki, sadalanan təhlükələr MDB ölkələrində dünya bank sektoruna nisbətən daha qabarıq şəkildə özünü göstərir.

O cümlədən münaqişələrlə bağlı təhlükənin 2020-ci ildə Azərbaycan, Ermənistan, habelə daxili sabitsizliyin baş qaldırdığı Qırğız Respublikası və Belarusda özünü göstərdiyi bildirilir. Əmək qabiliyyətli əhalinin azalması isə daha çox Ukrayna, Belarus, Rusiya banklarının gəlirlərinə mənfi təsir göstərəcək.

Dövlət banklarının bazardakı aktivlərdəki payı Özbəkistanda 85 faiz, Rusiyada 73 faizə qarşı Azərbaycanda 29 faiz təşkil edir. Tədqiqat müəlliflərinə görə, dövlət bankları işgüzar maraqlara yox, daha çox dövlətin həyata keçirdiyi müxtəlif proqramlara görə, yəni siyasi amillərə görə kredit ayırır.

(c)Report