"Ziraat Bank Azərbaycan" gömrük xidməti göstərəcək

16.04.2021 Bank
Dövlət Gömrük Komitəsi (DGK) "Ziraat Bank Azərbaycan" ASC-ni kredit təşkilatlarının reyestrinə daxil edib.

"Kommersant.az" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə gömrük xidməti göstərən bankların sayı 15-ə çatıb.

Digər 14 bank "Access Bank"“Yapı Kredi Bank Azərbaycan” QSC-lər, "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Premium Bank", "Unibank”, “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, "Rabitəbank", “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”“Turan Bank” ASC-lərdir.