USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycan Dəmir Yolları”nın adı daha bir qalmaqalda - Müqaviləyə əməl etmədilər

16.04.2021 İqtisadiyyat
0 0
“Azərbaycan Dəmir Yolları” QSC ilə un şirkəti arasında qalmaqal yaranıb.

"Kommersant.az" hit.az-a istinadla xəbər verir ki, qalmaqal daşınma müqaviləsi ilə bağlıdır. Bildirilir ki, QSC “Orxan UN” MMC ilə bağladığı müqaviləyə əməl etməyib.

Nəticədə MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddia artıq icraata götürülüb və aprelin 28-nə hazırlıq iclası təyin edilib.

İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.