İstehsalatda bədbəxt hadisələrə görə 1,8 mln. manat sığorta ödənişi verilib

14.07.2018 Bank
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən, bu ilin yanvar-iyun ayları ərzində bu üzrə sığorta daxil olmaları 21 mln. 299,8 min manat təşkil edib. Bu, may ayındakı göstəricidən 1 mln. 478,8 min manat və ya 7,46% çoxdur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, bu ilin 6 ayında bu rəqəm 1 mln. 828,8 min manat olub ki, bu da bir ay əvvəlki göstəricidən 158 min manat və ya 9,41% çoxdur.

Ümumilikdə yanvar-iyun aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,59%-ni təşkil edib.