USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kapital Bank əməkdaşının 18+ səs yazısı yayıldı - VİDEO

02.04.2026 Bank
0 0
Sosial şəbəkələrdə Kapital Bank əməkdaşına aid olduğu iddia edilən səs yazısı yayılıb.

Kommersant.az xəbər verir ki, İnstagramda yayılan səs yazısında özünü bank əməkdaşı kimi təqdim edən Nihad Quliyev xarici ölkə vətəndaşı ilə telefon danışığı aparır. Danışıq efirdə qeydə alınır. Söhbət zamanı qarşı tərəfin onun adını başa düşmədiyini deməsi və zarafat etməsi fonunda əməkdaşın qeyri-etik ifadələr işlətdiyi görünür.

Məsələ sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilər şərh bölməsində bank sektorunda müştəri ilə ünsiyyət mədəniyyəti və etik davranış qaydaları ilə bağlı fikirlərini bölüşüblər. Şərh yazanlar arasında sözügedən bankın əməkdaşları da var. Onlardan "Emilka" adlı istifadəçi gülərək "Kapital Bankda işləyirəm, bizdə belə biri yoxdur. Videonu yığışdırın" şərhini edib. Kamil Kərimli isə "Onun ailəsini tanıyıram, yaxşı insanlardır" deyə şərh yazıb.

Qeyd edək ki, hadisə ilə bağlı Kapital Bank tərəfindən hələlik rəsmi açıqlama verilməyib.