USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

07.06.2024 Bank
0 0
Rusiya Mərkəzi Bankı siyasət faizini dəyişmədiyini və 16 faiz səviyyəsində saxladığını açıqlayıb.

Rusiya Mərkəzi Bankından verilən açıqlamada ölkədə qiymət artım sürətinin azalmasının dayandığı bildirilib. Açıqlamada daxili tələbat artımının məhsul və xidmət istehsalının artırılması imkanlarını əhəmiyyətli dərəcədə aşdığı ifadə edilərək, “Rusiya Mərkəzi Bankı siyasət faizini 16 faiz səviyyəsində dəyişməz buraxmağa qərar verib” ifadəsi işlədilib.

Bazar gözləntiləri Rusiya Mərkəzi Bankının siyasət faizini sabit saxlaması idi.

Açıqlamada bankın növbəti iclasda faiz dərəcələrini artıra biləcəyi də diqqət çəkib.

Rusiya Mərkəzi Bankı sonuncu dəfə 2023-cü ilin dekabrında uçot dərəcəsini 100 baza bəndi artıraraq 16 faizə çatdırmaq qərarına gəlib.