USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC-in güclü tələb proqnozu

07.06.2024 İqtisadiyyat
0 0
Neftin qiymətinin qismən artmasına Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qrupunun güclü tələb proqnozu və Yaxın Şərqdə neft tədarükü ilə bağlı narahatlığı artıran gərginlik təsir edib.

Ötən gün 80,08 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 79,87 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 09,18-də bağlanış vaxtı ilə müqayisədə 0,06 faiz artaraq 79,92 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 75,66 dollara satılıb.

“2024-cü ilin birinci rübündə gündəlik 2,3 milyon barel artım olub”

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysham əl-Qais dünən Sankt-Peterburqda. O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən sessiyada qlobal neft tələbatı ilə bağlı qiymətləndirmələr aparıb.

Qrupun bu il qlobal neft tələbinin gündəlik 2,2 milyon barel artacağını gözlədiyini ifadə edən Gays, “2024-cü ilin ilk rübündə gündəlik 2,3 milyon barel artım oldu və ilk rüblər ümumiyyətlə tələbatın olduğu dövrlərdir” deyib.

Bu proqnozlar OPEC-ə daxil olmayan bəzi hasilatçı ölkələrdən ibarət OPEC+ qrupunun hasilatın azaldılmasına uyğun olaraq artan tələbatın azalan təkliflə təmin oluna bilməyəcəyi ilə bağlı narahatlıqları artıraraq neft qiymətlərini yüksəltməyə dəstək verdi.

Qrup iyunun 2-də keçirilən iclasında “sabit neft əldə etmək üçün ilin sonunda başa çatması planlaşdırılan gündəlik 2,2 milyon barellik əlavə könüllü ixtisarları 2024-cü ilin sentyabrına qədər uzadacağını açıqlayıb.

Yaxın Şərqdə baş verən hadisələr bazara mənfi təsir göstərir

Digər tərəfdən, Yaxın Şərqdə davam edən münaqişələrin neft tədarükünü poza biləcəyi ilə bağlı narahatlıqlar qiymətləri artırmağa davam edir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) cümə axşamı verdiyi açıqlamada, qüvvələrinin Qırmızı dəniz üzərindən atılan səkkiz Husi pilotsuz uçuş aparatını (PUA) uğurla məhv etdiyini bildirib. Neft və yanacaq daşınması üçün dünyanın ən çox istifadə edilən dəniz yollarından biri olan Qırmızı dənizdə davam edən qarışıqlıq, tədarükün kəsilməsi ilə bağlı narahatlıqları artırdı və neft qiymətlərinin yüksəlişini dəstəklədi.

Bildirilir ki, texniki baxımdan Brent nefti üçün 80,50-81,14 dollar aralığına müqavimət, 78,80-77,74 dollar aralığına isə dəstək zonası kimi baxmaq olar.