"Fitch" Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiq edib

30.07.2018 Bank
“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

"Kommersant.az" agentliyini yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "stabil" olaraq "BB+" səviyyəsində təsdiq olunub.

Reytinqin "BB+" səviyyəsində təsdiqlənməsinə təsir edən əsas amillər arasında "Fitch" xarici ticarət balansında müsbət saldonun, aşağı səviyyədə xarici borcun olmasını göstərib.

© Apa