USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"SKMF tam özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir"

25.05.2018 İqtisadiyyat
0 0
"İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2 ildir ki, tam özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir".

"Kommersant.Az" xəbər verir ki, bunu Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

"2017-ci ildə geri qaytarılmış vəsaitlər hesabına 146 mln. manat güzəştli kredit verilib. 2018-ci ildə bu rəqəmin 170 mln. manat təşkil etməsi planlaşdırılır", - deyə o, qeyd edib.

İcraçı direktorun sözlərinə görə, bu ilin əvvəlindən indiyə qədər SKMF ümumi dəyəri 392 mln. manat olan 453 layihənin maliyyələşdirilməsinə 72,2 mln. manat güzəştli kredit verib: "Bu isə illik müqayisədə 2 dəfə çoxdur. Son 1 ildə maliyyə dəstəyi verilmiş layihələrin sayı isə 6 dəfə artıb. Bu ilin sonuna qədər 42 istehsal müəssisəsinin yaradılması başa çatdırılacaq. Bunların içərisində xüsusilə aqroparkları vurğulamaq istərdim. Onların yaradılmasına 204 mln. manat vəsait investisiya qoyulub, infrastrukturun yaradılması üçün isə 110 mln. manat güzəştli kredit ayrılıb".

  • Əvvəlki

    Nazir: "Sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılıb"

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0