USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan üzərindən yük daşımaları artıb

05.06.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel aylarında Gürcüstan ərazisi ilə daşınan yüklərin həcmi 11,9 mln. ton təşkil edib.
"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln. ton çoxdur. Hesabat dövründə qonşu ölkə üzərindən daşınan yüklərin 8,4 mln. tonu avtomobil yollarının payına düşüb ki, bu da illik müqayisədə 0,1 mln. ton çoxdur. Gürcüstanın dəmir yolları vasitəsilə yük daşımalarının həcmi isə illik müqayisədə 0,1 mln. ton artaraq 3,4 mln. tona çatıb. Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə illik müqayisədə 1,1 mln. ton artaraq 7,1 mln. tona bərabər olub. Dəniz liman və terminalları vasitəsilə isə, ümumilikdə, 5,3 mln. ton yük daşınıb. Batumi və Poti limanlarından emal olunan TEU konteynerlərinin sayı 182 363 ədəd təşkil edib ki, bu da illik müqayisədə 49 194 ədəd çoxdur. Bu ilin ilk dörd ayı ərzində qonşu ölkədə daşınan sərnişinlərin ümumi sayı 119,6 mln. nəfər təşkil edib ki, bu da illik müqayisədə 3,5 mln. nəfər çoxdur. Sərnişinlərin 117,4 mln. nəfəri avtomobil yolları, 0,8 mln. nəfəri dəmir yolu, 1,4 mln. nəfəri isə hava nəqliyyatı vasitəsilə daşınıb.