İranla bütün tranzit əməliyyatlar elektron şəkildə aparılacaq

19.06.2019 Biznes
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İran və Azərbaycan sərhədində yerləşən Astara Gömrük keçid məntəqəsinə səfər edib.
S.Mehdiyev iki ölkə arasındakı əməkdaşlığın daha da yüksək inkişaf etdiyini qeyd edib: "Biz İranla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olmasından qürur duyuruq". "Kommersant.az" xəbər verir ki, DGK rəhbərliyi Astarada keçirilən "e-TIR" pilot layihəsinin açılış mərasimində iştirak edib. Bu layihə imkan verəcək ki, iki ölkə arasında bütün tranzit əməliyyatların elektron şəkildə aparılmasına imkan yaradacaq. "e-TIR" layihəsi üzrə anlaşma bu ilin martında Bakıda İranın Gömrük Administrasiyasının rəhbəri Mehdi Mir-Əşrəfi və DGK sədri Səfər Mehdiyev arasında imzalanıb. Razılaşmaya görə, iki İran və iki Azərbaycan tranzit şirkəti layihənin ilk fazasında əməkdaşlıq edir. Qeyd edək ki, İran eyniadlı layihəni bundan öncə Türkiyə ilə həyata keçirib və artıq layihənin ikinci fazası başlayıb. Rəsmi Tehran bəyan edib ki, tranzit daşımaları asanlaşdırmaq, bu sahədə fırıldaqçılığı aradan qaldırmaq və şəffaflığa nail olmaq üçün TIR konvensiyasına daxil olan 74 ölkənin hamısı ilə əməkdaşlıq etməkdə maraqlıdır. Report