USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərbaycanla ticarət münasibətləri genişləndiriləcək"

20.06.2018 İqtisadiyyat
0 0
Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhı Azərbaycanın energetika naziri Pərviz Şahbazovu ölkəsinə səfərə dəvət edib.

"Kommersant" xəbər verir ki, bu barədə Vyetnam rəsmisi bu gün Bakıda keçirlmiş Hökumətlərarası Komissiyanın iclasından sonra jurnalistlərə bildirib.

O, iclasda bir sıra məsələlərin müzakirə edildiyini nəzərə çatdırıb: "Təhsil, emal, kənd təsərrüfatı, nəqliyyat sahələri ilə bağlı məsələlər müzakirə edilib. Dəniz nəqliyyatında əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəlinib. Növbəti ildə iqtisadi fəaliyyətlərimiz artacaq. İki ölkə arasında qarşılıqlı investisiya 300 mln. ABŞ dolları təşkil edir. Bu məbləğ pis göstərici deyil, lakin onu artırmalıyıq. Növbəti ildən iki ölkə arasında ticarət münasibətləri genişləndiriləcək".

  • Əvvəlki

    "Hasilatın 500 min artırılması qərarını bazarlar "həzm" edəcək"

Digər xəbərlər