USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"6 Qadın İnkişaf Qrupu yaradılıb" - AÇIQLAMA

19.09.2018 İqtisadiyyat
0 0
“Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində kənd qadınlarının iqtisadi səlahiyyətlənməsini gücləndirmək üçün innovativ pilot fəaliyyət işlənərək hazırlanıb. Belə ki, 5 rayonda 88 qadından ibarət 6 Qadın İnkişaf Qrupunun yaradılmasına nail olunub. Həmin qruplara, əldə eolunan vəsaitin miqdarı qədər onlara mükafat veriləcək”.

"Kommersant.az" xəbər verir ki, bunu portalımıza açıqlamasında, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini, icma inkişafı üzrə menecer Gülbəniz Qəmbərova bildirib.

Onun sözlərinə görə, Qadın İnkişaf Qruplarının sayı artıqdan sonra bu qruplar daxili imkanları hesabına fəaliyyət göstərəcəklər:

"Qadın İnkişaf Qruplarına daxil olan 35 gənc qadına biznes xidmətinin göstərilməsi və bacarıqlarının artırılması üçün təlim keçirilib. Təlimdə onlara biznes-planın qurulması, maliyyəyə və bazara çıxış üçün kömək edilib".