USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sədrdən əhaliyə - ŞAD XƏBƏR

02.07.2019 İnşaat və Əmlak
0 0
Bakıda 11 mindən artıq ailəyə mənzilə mülkiyyət sənədlərini əldə etməyə imkan yaradılıb.

"Kommersant.az" xezerxeber.az-a istinadən bildirir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib. O bildirib ki, bu günə qədər Bakı şəhəri üzrə 59 layihə həyata keçirilib

Samir Nuriyev qeyd edib ki, aildiyyəti dövlət təşkilatları öz işlərini bitirdikdən sonra sənədləri Komitəyə təqdim edirlər. Bundan sonra isə bir həftə ərzində həmin çoxmənzilli binalara istismar sənədinin verilməsi təmin edilir.

Komitə sədri bildirib ki, digər binaların da istismarına dair rəyin verilməsi ilin sonuna kimi başa çatdırılacaq. Samir Nuriyev Bakıda pilot layihələrlə əlaqədar yaranan problemə də toxunaraq qeyd edib ki, bu məsələ artıq həllini tapıb. Son aylarda təqdim edilən layihələr şəhərsalma normalarına uyğundur.

Samir Nuriyev şəhərlərin baş planlarından da danışaraq vurğulayıb ki, artıq 42 şəhərin baş planı Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Hazırda 3 şəhərin baş planı razılaşdırılma mərhələsindədir. Yaxın vaxtlarda onların da təsdiq edilməsi gözlənilir. Daha 7 şəhərin isə baş planının hazırlanmasına başlanılıb. Qarşıdakı iki il ərzində də 9 şəhərin baş planının hazırlanması işlərinə start veriləcək.

  • Əvvəlki

    Baş Nazir vəzifəli şəxsi - İŞDƏN AZAD ETDİ

Digər xəbərlər