USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Köçkünlərin mənzillərini satanlarla birgə alanlar da cəzalanmalıdır” - Millət vəkili

14.05.2020 İnşaat və Əmlak
0 0
"Məcburi köçkün adı altında həmin binalarda məskunlaşanlar da qanusuz əməllərinə görə cavab verməlidirlər”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Prezident İlham Əliyevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı ilə videoformatda olan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin binalarda artıq yoxlamalara başlanılıb:

"Ölkə Prezidenti bütün sahələrdə bu və ya digər şəkildə baş verən neqativ hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı öz iradəsini nümayiş etdirməkdədir. Dünən Prezident Kəlbəcərin icra başçısının xəyanəti ilə bağlı çox ciddi məqamlara toxundu, o cümlədən məcburi köçkünlər üçün tikilən evlərin onlara deyil, başqa adamlara satıldığını, hətta məcburi köçkünlərdən də pul, təmənna güdüldüyünü önə çəkdi. Görünən odur ki, bu haqda Prezidentdə kifayət qədər ciddi informasiyalar var. Və həmin informasiyalara söykənərək xoşagəlməz hala öz münasibətini ifadə etdi. Düşünürəm ki, artıq orada ciddi araşdırmalar başlayıb. Və bunun nəticələrini yaxın zamanlarda görəcəyik. Hər halda açıq şəkildə görünən budur ki, ölkə Prezidenti bütün neqativ hallara qarşı barışmaz mübarizə elan edib. Kimsə bu neqativ hallardan yaxasını qurtara bilməyəcək”.

Deputatın fikrincə, həmin binalarda məcburi köçkün adı altında mənzil alanlar da məsuliyyət daşıyır:

"Bunlar huquqi məsələlərdir. Əslində onlar qanunsuz olaraq, əryi yollarla hansısa bir formada məcburi köçkünlərin mənzillərini mənimsəyiblər. Bu qanunsuzdur. Həmin binalar məhz məcburi köçkünlər üçün nəzərdə tutulub, vəsait buna görə ayrılıb. Əgər belədirsə, həmin evdə məskunlaşanlar da qanusuz əməllərinə görə cavab verməlidirlər. Təkcə rüşvət alan deyil, verən də məsuliyyət daşıyır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısını videoformatda qəbul edib. Prezident çıxışında "bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları. Nəyinsə müqabilində bunu ediblər. Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır? Belə hallar var”, - Prezident bildirib.

Qaynarinfo

  • Əvvəlki

    Azərbaycanın xaricə xurma satışından gəliri azalıb

Digər xəbərlər