Azərbaycanın xaricə xurma satışından gəliri azalıb

14.05.2020 İqtisadiyyat
2020-ci ilin yanvar-aprel ayları ərzində (4 ayda) Azərbaycandan 14 milyon 136 min dollar dəyərində 17 min 947 ton xurma ixrac olunub.

"Kommersant.az" bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 18 milyon 113 min ABŞ dolları məbləğində xurma ixrac edilmişdi. Beləliklə, bu il xurma ixracından gəlir 3 milyon 977 min dollar və yaxud 22% azalıb.