Sinoptiklərdən hava xəbərdarlığı

12.03.2019 Ekologiya
Martın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Rayonlarda martın 13-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Sinoptiklər xəbərdarlıq edir ki, martın 13-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

  • Əvvəlki

    “LUKoil” Özbəkistanda enerji kəşfiyyatına dair saziş imzalayıb

Digər xəbərlər

26.11.2020 Ekologiya
Qar yağacaq, 8 dərəcə şaxta olacaq
0 0
25.11.2020 Ekologiya
Qar yağacaq, külək əsəcək
0 0
24.11.2020 Ekologiya
Sabaha olan hava proqnozu
0 0
18.11.2020 Ekologiya
Sabaha olan - HAVA PROQNOZU
0 0
17.11.2020 Ekologiya
Sabah hava necə olacaq?
0 0
16.11.2020 Ekologiya
Sabah da yağış yağacaq
0 0