USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahın hava proqnozu açıqlandı - KÜLƏK ƏSƏCƏK

15.03.2019 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

"Kommersant.az" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında martın 16-dahavanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal-şərq, şərqküləyi əsəcək.

Havanın temperaturu Abşeron yarım adasında gecə 5-8, gündüz 10-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında

Martın 16-dahava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi qərb rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti təşkil edəcək.