Diqqət! Bu çimərliklər təhlükəlidir

02.08.2019 Ekologiya
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyulun 25-dən avqust 1-də çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər. Ərazidə mikrobioloji təhlillər aparılıb. Bu dəfəki analizlərin nəticələrinə görə Buzovna, Şüvəlan çimərlikləri də mikrobioloji baxımdan çirklidir".

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında idarənin əməkdaşı Nərmin Babaşova deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir: "Buzovna və Şüvəlan çimərliklərinin isə bu dəfə çirkli çıxmasına səbəb bu ərazilərdə fəaliyyət göstərən istirahət mərkəzlərinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır".

  • Əvvəlki

    Bankların cəmi kapital üzrə - RENKİNQİ

Digər xəbərlər

26.05.2020 Ekologiya
Sabahın 32 dərəcə isti olacaq
0 2
25.05.2020 Ekologiya
Sabah 31 dərəcə isti olacaq
1 1
22.05.2020 Ekologiya
Meteohəssas insanlara - XƏBƏRDARLIQ
0 0
21.05.2020 Ekologiya
Sabah 28 dərəcə isti olacaq
1 0
19.05.2020 Ekologiya
Sabah Bakıda 25 dərəcə isti olacaq
1 1